Şrift:
Almaniyanın Kabildəki səfirliyi həmvətənlərini Əfqanıstanı tərk etməyə çağırıb
12.08.2021 [14:36] - Xəbərlər, Siyasət
Almaniyanın Kabildəki səfirliyi həmvətənlərini təcili olaraq Əfqanıstanı tərk etməyə çağırıb və xəbərdarlıq edib ki, konsulluq şöbəsinin xidmət göstərmək imkanları çox məhdudlaşıb.

Xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə elan səfirliyin saytında yerləşdirilib. Diplomatların sözlərinə görə, taliblər və hökumət qüvvələri arasında döyüşlər fonunda ölkədə ümumi vəziyyət pisləşib.

Bundan əvvəl ABŞ-ın və Böyük Britaniyanın Əfqanıstandakı səfirlikləri də eyni çağırışlarla çıxış etmişdilər.

Əfqanıstan müdafiə nazirliyinin məlumatına görə, hazırda Nanqarhar, Uruzqan, Qəzni, Fərah, Herat, Fəryab, Bəlx, Gilmənd, Kunduz və Kapisa əyalətlərində aktiv hərbi əməliyyatlar gedir. Bu gün səhər taliblər Qəzni əyalətinin eyni adlı mərkəzi şəhərinin və Uruzqan əyalətinin paytaxtı Tarinkot şəhərinin əsas rayonlarını ələ keçirdiklərini bildiriblər.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed