17.08.2021 [15:04] - Gündəm, Siyasət
“Taliban” hərəkatının tərəfdarlarına Əfqanıstandakı xarici səfirliklərin boşalmış binalarını tutmamaq və diplomatların avtomobillərini saxlamamaq əmr olunub.
bu barədə Reuters agentliyi taliblərin nümayəndəsinə istinadla məlumat yayıb. Nümayəndənin sözlərinə görə, “Taliban” üzvləri bütün səviyyələrdə əmr alıblar ki, Əfqanıstanda təmsil olunan ölkələrin heç birinə hörmətsizlik göstərilməsin. Hərəkat üzvləri ciddi intizama əməl etməli, diplomatik nömrəli avtomobillərin hərəkətinə mane olmamalıdır.
Taliblər, həmçinin Əfqanıstan sakinlərini gündəlik işləri ilə məşğul olmağa və iqtisadi fəallığı azaltmamağa çağırırlar.
Xatırladaq ki, avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan “Taliban” hərəkatının silahlı dəstələri prezident sarayını nəzarətə götürüb. Prezident Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün istefa verərək ölkəni tərk edib. Qərb ölkələri öz vətəndaşlarını və səfirlik əməkdaşlarını Əfqanıstandan təxliyə edir.

Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |