Şrift:
Nizami rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
17.08.2021 [15:06] - Gündəm, Hüquq
Avqustun 17-də Nizami rayonu ərazisində paytaxt sakini E.Məmmədovun idarə etdiyi “Audi” markalı və Sabirabad rayon sakini Baba Kaxidzenin idarə etdiyi “VAZ-21015” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə B.Kaxidze və sərnişini Həmid adlı şəxs aldıqları ağır xəsarətlər alıblar. Həmin şəxslər xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 12320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed