Şrift:
Gürcüstanda koronavirusa yoluxmada yeni antirekord
17.08.2021 [15:25] - Gündəm, Sağlıq
Gürcüstanda koronavirusa yoluxmada yeni antirekord qeydə alınıb. Son sutka ərzində ölkədə daha 6208 nəfərdə koronavirus aşkarlanıb, 47 nəfər vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 490 min 462-yə, ölənlərin sayı isə 6 483-ə çatıb.

Bu günə olan aktiv xəstə sayı 54 763 nəfər təşkil edir.
Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed