Şrift:
Talibana qarşı yeni cəbhə açılıb
18.08.2021 [13:19] - Xəbərlər, Hadisə
Mən taliban terrorçuları qarşısında heç vaxt baş əyməyəcəyəm və onlarla bir səmanın altında yaşamaq niyyətində deyiləm.

Bu sözləri “Twitter” hesabında Əfqanıstanın vitse-prezidenti Əmirullah Salehi yazıb. Əfqanıstan mətbuatının yazdığına görə Ə. Salehi özünə sadiq olan silahlı dəstə ilə Pəncşər vilayətinə çəkilib və əfsanəvi səhra komandiri məhrum Əhməd Şah Məsudun oğlunun rəhbərlik etdiyi silahlı dəstəyə qoşulub. Ə.Ş.Məsud uzun illər boyu Əfqanıstanın müstəqilliyi uğrunda Sovet İttifaqına qarşı mübarizə aparıb və sui-qəsd nəticəsində qətlə yetirilib. Onu Əfqanıstanda “Pəncşər aslanı” adlandırırdılar.

Ə.Salehi sosial şəbəkələr vasitəsilə xalqa müraciət edərək əfqan xalqını taliblərə qarşı mübarizəyə çağırıb. Əfqanıstandan daxil olan məlumatlara əsasən, Ə.Salehinin rəhbərlik etdiyi silahlı dəstə Pərvan vilayətinin Çaharkir rayonunu Taliban qüvvələrindən azad edib.
Bu xəbər oxucular tərəfindən 1182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed