Şrift:
Yaponiyada güclü yağışlar səbəbindən həyatını itirənlərin sayı səkkizə çatıb
18.08.2021 [13:29] - Gündəm, Bildiriş
Yaponiyada artıq neçə gündür ki, davam edən güclü yağışlar səbəbindən həyatını itirənlərin sayı səkkiz nəfərə çatıb, daha üç nəfər itkin düşüb.

Bu barədə avqustun 18-də NHK telekanalı məlumat yayıb. Bildirilir ki, güclü yağışlar nəticəsində 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Təbii fəlakətə görə ən çox ziyanın Kyüşü adasının cənub-qərb hissəsinə dəydiyi, ölkənin mərkəzində və qərbində yerləşən Saqa və Naqano prefekturalarının da zərər çəkdiyi qeyd edilir. Hazırda zərərçəkmiş rayonlarda çay daşqınlarının və torpaq sürüşmələrinin vurduğu ziyanın aradan qaldırıldığı bildirilir.

Xatırladaq ki, ötən həftənin sonlarında başlayan güclü yağışlar bu həftənin əvvəllərində də davam edib. Ölkənin cənub-qərbində yerləşən bir sıra rayonlarda 700-1000 millimetr yağıntı düşüb. Bu, avqust ayı üzrə orta normanı üç dəfə üstələyir. Nəticədə bir çox çaylarda və digər su hövzələrində suyun səviyyəsi təhlükəli dərəcədə qalxıb.
Bu xəbər oxucular tərəfindən 1816 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed