19.08.2021 [13:53] - Gündəm, Sosial
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 18-də Bakı şəhərində və respublikanın digər ərazilərində 18 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər 13 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 63 nəfər toy şənliklərinə buraxılmayıb.

Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |