Şrift:
ÜST: koronavirusun "delta" ştamı, ölkələrdəki səhiyyə xidmətlərinin "kollektiv reaksiyasından" daha sürətlə yayılır
19.08.2021 [13:54] - Gündəm, Sağlıq
Yüksək yoluxuculuğu ilə fərqlənən SARS-CoV-2 koronavirusunun “delta” ştamı, ölkələrdəki səhiyyə xidmətlərinin "kollektiv reaksiyasından" daha sürətlə yayılır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

"Delta" bizim kollektiv reaksiyamızı ötməyə davam edir", - deyə o əlavə edib ki, hər bir ölkədə "xəstəxanaya yerləşdirmə və ölüm hallarının qaynar nöqtələri" vaksinasiyanın aşağı səviyyədə olduğu və "ictimai səhiyyə sahəsində məhdud tədbirlər görüldüyü yerdə yaranır".

ÜST rəhbəri vurğulayıb ki, "delta" və digər təhlükəli ştamlar probleminin həlli mövcuddur - bunun üçün koronavirus üçün testlərin, xəstəxanaları oksigen, tibbi ləvazimatlar, vaksinlər və tibb işçilərini fərdi təhlükəsizlik vasitələrlə təmin edilməsi miqyasını sürətlə artırmaq, habelə pandemiya ilə mübarizə üçün yeni vasitələrin hazırlanması ilə bağlı araşdırmaları genişləndirmək lazımdır. ÜST-nin Baş direktorunun sözlərinə görə, hazırda "bütün peyvəndlərin 75 faizi yalnız 10 ölkədə istifadə olunub, halbuki aşağı gəlirli ölkələr əhalisinin 2 faizini çətinliklə peyvənd ediblər".
Bu xəbər oxucular tərəfindən 941 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed