Şrift:
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 210 milyonu ötüb
19.08.2021 [14:23] - Gündəm, Sağlıq
Dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 210 milyon nəfəri ötüb.

Pandemiyanın onlayn statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, avqustun 18-də daha 697,8 mindən çox koronavirus xəstəsi aşkarlanıb və bununla da dünyada yoluxma hallarının ümumi miqdarı 210 milyon 212 mini ötüb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 4 milyon 407 min nəfərə, sağalanların sayı isə 188 milyon 306 min nəfərə çatıb.

COVID-19 infeksiyasına yoluxanların sayına görə birinci yerdə gedən ABŞ-da yoluxma halların sayı 38 milyon 72 min nəfəri, həyatını itirənlərin sayı 641 min nəfəri keçib, 30 milyon 341 mindən çox xəstə isə sağalıb.

Yoluxma göstəricisinə görə sonrakı yerlərdə Hindistan və Braziliya qərarlaşıb. Hindistanda 32 milyon 320 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 433 min nəfər vəfat edib, 31 milyon 516 min nəfər sağalıb. Braziliyada isə pandemiya dövrü ərzində 20 milyon 458 min nəfər virusa yoluxub, onlardan 571 mini vəfat edib, sağalanların sayı 19 milyon 362 min nəfərdir.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed