Şrift:
FHN: Ötən sutka 108 halda yanğına çıxış əməliyyatı həyata keçirilib
20.08.2021 [13:49] - Xəbərlər, Sosial
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 108 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 7 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub.

Sutka ərzində ümumilikdə 6 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin Yasamal və Sabunçu rayonlarında mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktları üzrə həyata keçirilən xilasetmə əməliyyatları zamanı 1945-ci il təvəllüdlü Nikuşina Qalina Alekseyevnanın və 1953-cü il təvəllüdlü Aqafanov Aleksandr Fyodoroviçin meyitləri aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed