Şrift:
Sentyabrdan Rusiya istiqamətində aviareyslərə yalnız mobil tətbiq yükləyən sərnişinlər buraxılacaq
20.08.2021 [13:57] - Gündəm, İqtisadiyyat
Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, sentyabrın 1-dən etibarən yalnız “Путешествую без COVID-19” mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq.

“Azərbaycan Hava Yolları” QSC-dən bildirilib ki, bundan əlavə, yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır. Test məlumatları qeydiyyat masasında, eləcə də Rusiyaya gəliş zamanı sərhəd məntəqələrində göstərəcəyiniz mobil tətbiqdə QR kodu şəklində saxlanılacaq.

Klinikaların tam siyahısı təsdiqləndikdən sonra yaxın vaxtlarda aviaşirkətin saytında, eləcə də sosial şəbəkələrində yayımlanacaq.
Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed