Şrift:
Gürcüstanda peyvəndlə bağlı yaş həddi aşağı endiriləcək
20.08.2021 [14:05] - Gündəm, Sağlıq
Gürcüstanda koronavirus əleyhinə peyvəndlənmə yaşının payızdan etibarən aşağı endirilməsi gözlənilir.

Bu barədə xəstəliklərə milli nəzarət xidmətinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, sentyabrdan etibarən peyvənd yaşının 12 yaşa endirilməsi gözlənilir. Bəzi ölkələr öz araşdırmaları nəticəsində qərar qəbul edərək, 12 yaşdan etibarən peyvəndə başlayıb. Bu yaş qrupu üçün, əsasən “Pfizer” və “Moderna” peyvəndlərindən istifadə edilir.

“Klinik araşdırmalar bu yaş qrupu üçün artıq aparılıb və effektivdir. Biz Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Dərman Agentliyinin qərarını gözləyirik. Onlar tərəfindən tövsiyə olunacağı təqdirdə, payızdan etibarən, biz bu yaş qrupunun peyvəndlənməsini düşünürük", - deyə Qamkrelidze vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 979 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed