Şrift:
Əfqanıstandan təxliyə edilən isveçrəliləri daşıyan təyyarə Sürixə enib
24.08.2021 [11:17] - Gündəm, Hadisə
İsveçrə Xarici İşlər Nazirliyinin sifarişi əsasında Əfqanıstandan təxliyə edilən isveçrəliləri daşıyan “Swiss Air“ şirkətinə məxsus təyyarə avqustun 24-də səhər saatlarında Sürix beynəlxalq hava limanına enib.

Özbəkistanın paytaxtı Daşkənddən geri dönən təyyarənin göyərtəsində Kabildən çıxarılan İsveçrə vətəndaşları və İsveçrədə daimi yaşayış icazəsi olan əfqanlar, eləcə də Almaniya və İsveç vətəndaşları da var. Xarici İşlər Nazirliyindən bildirilib ki, təyyarədəki 219 sərnişindən 141 nəfəri İsveçrə İnkişaf və Əməkdaşlıq Direktorluğunun Əfqanıstan bürosunun əməkdaşları və onların ailə üzvləridir. Həmçinin qeyd edilib ki, İsveçrə hökuməti Kabildən həyata keçirilən qlobal təxliyə səylərinə bundan sonra da töhfə verəcək.

İsveçrə Teleradiosunun (SRF) məlumatına görə, təyyarə təxliyə üçün avqustun 22-də Daşkəndə yola düşməli olsa da, Kabil beynəlxalq hava limanındakı gərgin vəziyyətlə əlaqədar çarter reysinin vaxtı dəyişdirilməli olub.
Bu xəbər oxucular tərəfindən 1338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed