Şrift:
Ağdamlı gənc: Prezidentimiz təkcə ədaləti bərpa etmədi, o bizi evimizə, doğma torpaqlarımıza qovuşdurdu
13.09.2021 [09:07] - Xəbərlər, Sosial
Doğma torpağımdayam, 28 il sonra cənnət Ağdamımdayam. Buradan bütün Azərbaycanı salamlayıram. O qədər xoşbəxt və qürurluyam ki, bu hissləri ifadə etməyə söz tapmıram. Azərbaycan gənci olmağımla fəxr edirəm.

Bunu Ağdam şəhərinə səfər etmiş ağdamlı gənc Fidan Nəsirli söyləyib.

O, deyib: “Ağdamda vandalizm törədilib, bu gözəl şəhər yerlə yeksan edilib. Ancaq buranın parçalanmış daşı da, havası da, suyu da bizə doğmadır. İllərlə köksü yaralı Azərbaycanı öz qanı, canı bahasına bütövləşdirən şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm. Müzəffər Ali Baş Komandanımız, şanlı Azərbaycan Ordusu var olsun. Prezidentimiz təkcə ədaləti bərpa etmədi, o bizi evimizə, doğma torpaqlarımıza qovuşdurdu. Bundan sonra da “dəmir yumruq” birliyini heç kim poza bilməz. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!”.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed