Şrift:
Yaponiya saytı Bakıda keçirilən “Üç qardaş-2021” beynəlxalq təlimindən yazıb
14.09.2021 [11:13] - Xəbərlər, Siyasət
Yaponiyanın “ajmedia.jp” saytı sentyabrın 12-də Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə Bakıda başlayan “Üç qardaş – 2021” beynəlxalq təlimindən yazıb.

Xəbərdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant H.Mirzəyevin “Üç qardaş – 2021” beynəlxalq təlimləri zamanı hər üç ölkənin hərbi qulluqçuları arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına və onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə əminliyini bildirdiyi qeyd olunub.

Vurğulanıb ki, Türkiyə və Pakistan nümayəndə heyətlərinin rəhbərləri polkovnik-leytenant Kürşad Konuk və polkovnik-leytenant Aamir Şahzad çıxışlarında bu təlimin ordular arasında mövcud olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyini, eyni zamanda, terrorla mübarizə üçün yeni üsullarını tapmağa və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqları inkişaf etdirməyə imkan yaradacağını diqqətə çatdırıblar.
Bu xəbər oxucular tərəfindən 202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed