Şrift:
Cəlilabadda Vətən müharibəsi şəhidi Famil Ağaşovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib
21.09.2021 [14:02] - Xəbərlər, Hərb
Cəlilabad Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidi Famil Ağaşovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.

Turnirdə Rayon Gənclər və İdman İdarəsinin, Cəlilabad Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəliyinin, Uşaq Gənclər İdman Şahmat Məktəbinin, şəhər 3 nömrəli ümumi orta məktəbinin əməkdaşları, şəhidin ailə üzvləri, idmançılar, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhid Famil Ağaşovun məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan turnirin açılış mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən şəhid Famil Ağaşovun qəhrəmanlıqlarından danışıblar.

Final görüşündə “Şəfa” və “Ümid” komandaları qarşılaşıblar. Görüşün əsas vaxtı 2:2 hesabı ilə nəticələnib.

Oyunu idarə edən hakimlərin qərarı ilə finalda iştirak edən hər iki komanda qalib elan edilib.

Qaliblərə kubok və hədiyyələr təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed