21.09.2021 [14:34] - Xəbərlər, Siyasət
Milli Məclisdə “Vətən müharibəsinin birinci ildönümü: postmüharibə dövründə icra və qanunvericilik hakimiyyətləri arasında əməkdaşlığın prioritetləri” mövzusunda videokonfrans keçirilib. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, parlamentin rəhbərliyi, komitə və komissiya sədrləri və müavinləri, həmçinin Prezident Administrasiyasının və Milli Məclis Aparatının əməkdaşları iştirak ediblər.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova VI çağırış Milli Məclisin fəaliyyətində bu cür konfransların keçirilməsinin yaxşı bir ənənəyə çevrildiyini bildirərək, bugünkü tədbirdə müzakirə edilən mövzunun da kifayət qədər aktual olduğunu deyib. Sahibə Qafarova bu günlərdə Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifəsini təşkil edən Vətən müharibəsinin birinci ildönümünün tamam olduğunu xatırladaraq, illər keçsə də Azərbaycan xalqının həmin tarixi günləri heç vaxt unutmayacağını, hər zaman böyük fəxarət hissi ilə xatırlayacağını söyləyib. O, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdığını, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla münaqişəyə son qoyulduğunu, bu sənədin, həmçinin Ermənistanın kapitulyasiya aktı olduğunu, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdırıb. Bu şanlı Qələbənin Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin, yeni dövrün başlanğıcı olduğunu bildirən parlamentin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrüdür. Bu mərhələdə Azərbaycan dövlətinin qarşısında duran vəzifələr, hədəflər cari il yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çox aydın şəkildə ifadə edilib. Sahibə Qafarova bildirib ki, bu strateji hədəflər, ilk növbədə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması, işğaldan azad edilən tarixi torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, həmin ərazilərin yenidən dirçəldilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin Şuşa şəhərinə, işğaldan azad olunmuş digər şəhər və rayonlarımıza səfərləri, həmin səfərlər çərçivəsində çox mühüm tədbirlərdə iştirakı, açılış və təməlqoyma mərasimlərinin keçirilməsi bir daha Azərbaycan dövlətinin gücünü və qüdrətini hər kəsə nümayiş etdirir. Bu tədbirlər həm böyük rəmzi məna daşıyır, həm də həyata keçirilən layihələr milli iqtisadiyyatımızın inkişafına təkan verir.
Ermənistanın 30 il ərzində işğal altında saxladığı şəhər və rayonlarımızı, binaları, tarixi abidələri, məscidləri dağıtdığını, talan etdiyini xatırladan Sahibə Qafarova deyib ki, hazırda qarşımızda duran mühüm prioritetlərdən biri Ermənistanın törətdiyi bu vəhşilikləri və digər təxribatları beynəlxalq ictimaiyyətə dolğun çatdırmaqdır.
Videokonfransda müzakirə olunan mövzunun aktuallığına toxunan parlamentin sədri xatırladıb ki, VI çağırış Milli Məclis fəaliyyətə başlayandan sonra bu sahədə bir sıra mühüm addımlar atılıb. Postmüharibə dövründə də bu istiqamətdə uğurlu əməkdaşlıq davam etdirilir. Milli Məclis sədrinin sözlərinə görə, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq ölkəmizin strateji inkişaf xəttinin uğurla həyata keçməsini təmin edir. S.Qafarova Milli Məclisin deputatlarının seçicilərlə işinin düzgün əsasda qurulması, seçici müraciətlərinin dövlət qurumları tərəfindən cavablandırılması, onların qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi, şəhid ailələri, müharibə veteranları, döyüşlərdə sağlamlığını itirmiş qəhrəman övladlarımıza diqqət və qayğıya əsaslanan dövlət siyasətinin dəstəklənməsi, Milli Məclisin təşəbbüsü, müvafiq nazirliklərin və dövlət komitəsinin rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə parlamentdə cəmiyyəti narahat edən bir sıra məsələlərin ictimai müzakirələrinin keçirilməsi, ölkəmizdə yeni siyasi konfiqurasiyada dialoq mühitinin möhkəmlənməsinə, siyasi sistemin subyektləri arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verilməsi, parlamentin beynəlxalq fəaliyyətinin daha səmərəli həyata keçirilməsi, eyni zamanda, Azərbaycanın milli maraq və mənafelərinin daha yaxşı qorunması kimi prioritet məsələlər haqqında fikirlərini ifadə edib.
Sonra çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsinin başlandığını, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bu gün həyata keçirilən quruculuq işlərinin – vandallar tərəfindən yerlə-yeksan edilmiş şəhər və kəndlərimizin sürətlə bərpasının əzəli torpaqlarımıza qayıdışımızı günbəgün yaxınlaşdırmaqla yanaşı, bütün dünyaya ölkəmizin qüdrətini, dövlətimizin başçısının möhkəm iradəsini, yüksək idarəçilik məharətini və qurub-yaratmaq əzmini nümayiş etdirdiyini diqqətə çatdırıb. O, müxtəlif dövlət orqanları və qurumları ilə yanaşı, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrin də göstərilən fəaliyyətə əsaslı təkan verdiyini vurğulayıb.
Şöbə müdiri bildirib ki, indi tarixi Qələbəmizin möhkəmləndirilməsi, şəhid ailələri və müharibə iştirakçılarına qayğının davam etdirilməsi, düşmən tapdağından azad olunmuş ərazilərimizin dirçəldilməsi, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə məqsədyönlü fəaliyyət göstərilməsi bütünlükdə Azərbaycan cəmiyyətinin qarşısında duran ən əsas vəzifələrdəndir.
Ədalət Vəliyev Prezident İlham Əliyevin apardığı sistemli və çoxşaxəli inzibati-siyasi islahatların nəticələrindən danışaraq ölkədə iqtidar-müxalifət dialoqunun, yeni siyasi konfiqurasiyanın qurulduğunu, siyasi partiyalarla işin yenidən təşkil edildiyini deyib. Bildirilib ki, dövlətimizin başçısının tapşırığı əsasında üzvlərinin sayına, yaxud ölkə ərazisini əhatə vəziyyətinə görə böyük-kiçikliyindən, siyasi çəkisindən və ya hər hansı digər amildən asılı olmayaraq, ölkədəki bütün siyasi partiya rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib və hər bir görüşün nəticələri müfəssəl təhlil olunaraq verilmiş təkliflər üzrə müvafiq addımlar atılır.
Fərdi görüşlərlə yanaşı, siyasi partiyaların mütləq əksəriyyətinin iştirakı ilə müxtəlif mövzularda çoxtərəfli görüşlər də təşkil edildiyini vurğulayan şöbə müdiri bu qəbildən olan sonuncu – 45 siyasi partiyanın iştirakı ilə keçirilmiş 9 sentyabr tarixli görüşdə aparılan müzakirələrdə çıxış edənlərin dövlətimizin başçısının ölkədə formalaşdırdığı yeni siyasi konfiqurasiyanın davamlı sabitliyin qorunması və dövlətin inkişafı naminə bütün imkanların səfərbər olunmasında əhəmiyyətini, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılmış Zəfərin Azərbaycan tarixində ən əlamətdar hadisə kimi yerini xüsusi qeyd etdiklərini, dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri, bu şəhər və kəndlərdə yüksək sürətlə həyata keçirilən bərpa-quruculuq işləri, yolların salınması, elektrik stansiyalarının, aeroportların tikilməsi, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri kimi mədəni tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin bildirilib ki, siyasi partiyalar xarici siyasət sahəsində atılmış addımları, Şuşa Bəyannaməsinin imzalanmasını, eləcə də Azərbaycan Respublikası Prezidentinin Qərbi Zəngəzurla bağlı mövqeyini təqdir edir və dəstəkləyir.
Dövlətimizin başçısının zamanın tələbləri ilə uzlaşan islahat və inkişaf konsepsiyasının növbəti mərhələsinin səciyyəvi cəhətlərinə toxunan Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin adekvat təmsil olunduğu altıncı çağırış Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin parlamentdə rəhbər vəzifələr tutduğunu deyib. Qeyd edilib ki, Milli Məclisin fəaliyyətinin dövlətimizin başçısının daxili və xarici siyasətinə, eləcə də tövsiyələrinə uyğun olaraq yüksək səviyyədə qurulması üçün zəruri addımların atılması, o cümlədən deputat fəallığının artırılması ilə vətəndaş məmnunluğu yüksəldilib.
Ədalət Vəliyev çıxışında, həmçinin icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın daha da təkmilləşdirilməsi perspektivlərinə toxunaraq konkret istiqamətlər üzrə xüsusi diqqət yetirilməsi zəruri olan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, işin daha yüksək səviyyədə qurulmasına xidmət edən müvafiq təkliflər səsləndirib.
Sonra müzakirələrə başlanılıb.
Müzakirələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, İntizam Komissiyasının sədr müavini, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək, müzakirə olunan mövzu barədə fikir və təkliflərini səsləndiriblər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş Zəfərin, habelə son illər aparılmış siyasi-hüquqi-institusional islahatların dövlətçiliyimizin inkişafında açdığı yeni mərhələnin səciyyəvi cəhətləri təhlil edilib, ölkənin yeni siyasi konfiqurasiyasının davamlı sabitliyin təmini və dayanıqlı inkişaf üçün əhəmiyyəti vurğulanıb, həmçinin Milli Məclisin müvafiq proseslərdə iştirakı, verə biləcəyi töhfələr, eləcə də parlamentin icra hakimiyyəti orqanları ilə daha sıx əməkdaşlıq qurması perspektivləri nəzərdən keçirilib.

Bu xəbər oxucular tərəfindən 378 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |