Şrift:
İrakli Qaribaşvili: Saakaşvili Gürcüstanda cəzasını tam olaraq çəkəcək
04.10.2021 [09:28] - Xəbərlər, Siyasət
Mixeil Saakaşvili Gürcüstanda cəzasını tam olaraq çəkəcək. Bunu mən tam məsuliyyətimlə bəyan edirəm.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində söyləyib. Onun sözlərinə görə, sabiq prezident Mixeil Saakaşvili məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, bu cəzanı çəkməlidir.

Hökumət başçısı deyib: “Əgər Saakaşvili yenidən Ukraynaya qayıtmaq istəyirsə, biz buna etiraz etmirik. Lakin o, cəzasını tam çəkdikdən sonra istənilən ölkəyə gedə bilər”.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed