Şrift:
Türkiyə Superliqası: “Fənərbağça” qələbə qazanaraq liderliyə yüksəlib
04.10.2021 [09:35] - Gündəm, İdman
Futbol üzrə Türkiyə çempionatının VIII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.

Günün digər matçında isə “Qalatasaray” səfərdə “Rizəspor”u 3:2 hesabı ilə üstələyib. "Yeni Malatyaspor" isə öz meydanında "Hatayspor"a 2:0 hesabı ilə uduzub. "Qaziantep" isə doğma divarlar arasında "Altay"ı 4:1 hesabı ilə darmadağın edib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 19 xalla "Fənərbağça" başçılıq edir. Ondan bir xal geri qalan "Trabzonspor" ikinci, 17 xal toplayan "Beşiktaş" isə üçüncü pillədə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed