04.10.2021 [10:09] - Xəbərlər, Siyasət
Oktyabrın 4-də səhər Yaponiyada Yoşihide Suqanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib.
Bu barədə Yaponiya hökuməti başçısının dəftərxanası məlumat yayıb. Bildirilir ki, Baş nazir Yoşihide Suqa Nazirlər Kabinetinin növbədənkənar iclasında hökumətin bütün üzvlərinin istefası barədə ərizələrini alıb. Yaxın saatlarda yeni hökumət formalaşanadək onlar müvəqqəti olaraq öz nazirliklərinə rəhbərlik edəcəklər.
Yaponiya parlamentinin tezliklə yeni Baş nazirin namizədliyini təsdiqləyəcəyi gözlənilir. Yeni hökumətə hakim Liberal Demokratik Partiyanın (LDP) yeni sədri Fumio Kişida rəhbərlik edəcək. Bundan sonra onun hökumətin yeni tərkibini elan edəcəyi bildirilir.
Xəbər verdiyimiz kimi, yeni hökumətin tərkibində xarici işlər naziri Toşimitsu Moteqi və müdafiə naziri Nobuo Kişinin öz vəzifələrini saxlayacaqları gözlənilir. Nazirlər Kabinetində mühüm hesab edilən baş katib vəzifəsinə isə sabiq təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Hirokazu Matsunonun təyin ediləcəyi bildirilir. Maliyyə naziri vəzifəsini isə Tokioda Olimpiya və Paralimpiya Oyunlarının təşkilinə məsul sabiq nazir Syunişi Suzukinin tutacağı gözlənilir.
Xatırladaq ki, F.Kişida LDP-nin sədri vəzifəsinə sentyabrın 29-da keçirilən seçkilərdə gəlib. Hakim partiyanın sədrinin seçkiləri Baş nazir vəzifəsini müvəqqəti icra edən Y.Suqanın səlahiyyət müddətinin qurtarması ilə əlaqədar keçirilib. Y.Suqa həmin vəzifəni bir il əvvəl sabiq Baş nazir Şinzo Abe gözlənilmədən istefa verdikdən sonra tutmuşdu.
2012-2017-ci illərdə Yaponiyanın xarici işlər nazir olmuş F.Kişida baxışlarına görə mötədil mühafizəkar hesab edilir. ABŞ ilə ittifaqın möhkəmləndirilməsinin və Yaponiyanın hərbi gücünün artırılmasının tərəfdarı olan F.Kişida, eyni zamanda, silahlı qüvvələrin uzaq məsafəli raketlər və atom sualtı qayıqları ilə təchiz olunmasına ehtiyatla yanaşır. O, həmçinin LDP-nin müharibədən sonra qəbul edilən Konstitusiyaya yenidən baxılmasının tərəfdarıdır, lakin onun müddəalarına tamamilə yenidən baxılması ilə bağlı işlərin müəyyən ardıcıllıqla görülməsini dəstəkləyir.

Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |