Şrift:
İran rəsmisi yenə Azərbaycanı hədələdi: "Xarici qüvvələrə söykənməklə..."
13.10.2021 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O deyib ki, Azərbaycan rəsmiləri muğayat olmalı və strateji bir səhvə yol verməklə regionda müharibəni alovlandırmamalıdırlar.


“Biz, Azərbaycan ərazilərinin 30 illik işğaldan sonra azad edilməsini alqışlayırıq.

Əlbəttə bizim əvvəldən Aərbaycanın mərhum prezidenti Heydər Əliyevə tövsiyəmiz bu idi ki, İranın maddi -texniki təchizatı və təliminin köməyi ilə ölkənin silahlı qüvvələrini gücləndirsin, sonra isə ölkənin işğal olunmuş ərazilərini öz qüvvələrinin əli ilə azad etsin.


Lakin təəssüflər olsun ki, bizim bu tövsiyəmiz onun tərəfindən qəbul edilmədi və bunun nəticəsi də Azərbaycanın əcnəbi güclərə saha artıq söykənməsinə və xarici qüvvələrə üz tutmasına gətirib çıxardı.


Şübhəsiz ki, sionist rejim umacağı olmadan Azərbaycanda yuva qurmayıb və onun pis niyyəti və məkrli planları var. Belə ki, Aərbaycaznın indiki hakimiyyətinin səhvi ucbatından bölgədə savaşı alovlandırmaq istəyir, bu isə müsibətli bir faciəyə səsəb olacaq.


Bizim isə Azərbaycan rəsmilərinə tövsiyəmiz odur ki, xarici qüvvələrə söykənməklə təhlükəsizliyi satın almaqfikri və illüziyasını başlarından çıxarsınlar və öz xalqına güvənsinlər.

Çünki Azərbaycanın öz əlləri ilə öz ölkəsinin təhlükəsizliyini qorumağı bacaran mübariz və qəhrəman xalqı var”, -deyə İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəisi Kamal Xərrazi mediaya açıqlamasında Azərbaycan rəhbərlərinə bölgədə yeni bir savaşın alovlandırılmasına şərait yaradılması ilə bağlı etdiyi xəbərdarlığında bildirib.


Qeyd edək ki, son günlər İran parlamentinin bir sıra deputatları və digər yüksək vəzifələri rəsmiləri açıq-aşkar Ermənistanın tərəfini tutaraq, Azərbaycan Respublikasına və onun rəhbərliyinə qarşı təhdid və təhqir dolu sərsəm bəyanatlar səsləndiriblər
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed