14.10.2021 [09:22] - Xəbərlər, Siyasət
Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda, eləcə də toplantı sonrası media səhifələrində bir reallıq diqqət çəkdi, Azərbaycan istisnasız olaraq qlobal təşəbbüskar və lokomotiv kimi qəbul edilir. Təbii ki, ərazi və əhalinin say potensialı baxımdan biz hərəkat daxilində aparıcı dövlət deyilik, etiraf edək ki, bu kimi amillər çox zaman dövlət və lider barədə ictimai fikir formalaşdırılmasında mühüm rol oynayır. Lakin Azərbaycan liderinin uğurlu fəaliyyətinin özünəməxsus cəhəti ondan ibarətdir ki, həm hərəkatın rəhbəri kimi, həm də yeni reallıq yaratmış bir dövlətin başçısı kimi faktiki olaraq bu streotipi qıraraq bu yanlış siyasi təfəkkürə birdəfəlik on qoyub.
Azərbaycanın 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarına əsasən 2019-2022-ci illər üçün təsisata sədrliyinin hazırkı mərhələsi barədə bir reallıq artıq hər kəs tərəfindən qəbul olunur ki, Hərəkatı təsis edildiyi tarixdən bu günədək özünün ən güclü və təsirli dövrünü yaşayır.
Məlumdur ki, BMT başda olmaqla müasir beynəlxalq hüququn bütün transmilli subyektlərinin faktiki olaraq heç biri COVID-19 kimi bəşəri bəla ilə üz-üzə qalmamışdı. 2020-ci ildən başlanan pandemiya bu mənada bütün qlobal təsisatları faktiki olaraq iflic etdi. Məhz Azərbaycanın sədrliyi dövrünə təsadüf edən bu periodda, şəxsən Prezident İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı çox çevik davranış sərgiləməyə başladı.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
B.Məhərrəmov diqqətə çatdırıb ki, müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirən bir təşkilatın bu cür çevik və məhsuldar formatda idarə olunması təşkilatın tarixində bir ilk idi. Bu dövrə qədər faktiki olaraq qlobal təsir imkanı ilə yadda qalmayan Qoşulmama hərəkatı məhz möhtərəm Prezidentin birbaşa sədrliyi ilə pandemiya ilə mübarizədə qlobal səylərin birləşdiyi təsisat və bəşəri lokomativə çevrildi. Prezident İlham Əliyevin də hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışında ifadə etdiyi kimi, onun təklifinə və bu təşəbbüsə 150-dən artıq ölkənin dəstəyinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olundu. Məhz dövlətimizin başçısının təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı. Habelə, Azərbaycan “peyvənd millətçiliyi”nə narazılığını cəsarətlə, açıq şəkildə ifadə edərək bu ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilməsinə nail oldu. Hazırda isə məhz Azərbaycan Prezidentinin hərəkatın sədri kimi öndərliyində BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də eyni mövzuda qətnamə layihəsini irəli sürülməsi planlaşdırır.
“Çox məntiqli bir sual meydana çıxa bilər ki, Azərbaycan faktiki olaraq təsirsiz bir təsisat olan Qoşulmama Hərəkatını hansı formada aktiv, fəal bir qüvvəyə transformasiyasına nail oldu? İlk olaraq biz bunu Prezident İlham Əliyevin beynəlxalq siyasətdə şəxsi nüfuzu ilə əlaqələndirə bilərik. Habelə, bu amil Azərbaycan müstəqillik tarixinin faktiki olaraq bütün dövrlərində öhdəliklərinə vicdanla əməl edən, o cümlədən hərəkatın təməlində dayanan, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsiplərinin əməli icraçısı kimi tanınan bir subyekt olması ilə izah edilə bilər. Ən nəhayətində isə, Azərbaycan Respublikası bəşəri məsuliyyət dəyərlərinə özü əməl etməklə nümunə yaratdığı üçün ciddi söz sahibinə çevrilə bildi. Təsəvvür edin, pandemiyanın ilk dövrlərindən etibarən, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilib, təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etdirilib”, - deyə deputat qeyd edib.
B.Məhərrəmov vurğulayıb ki, bu gün bölgədə yeni reallıq yaratması və işğala, təcavüzə öz gücü hesabına son qoymaqla beynəlxalq hüququn aliliyini təmin etməsi də Azərbaycanın Qoşulmama Hərəkatındakı nüfuzuna köklü təsir edib. Artıq aşkar formada Azərbaycan işğala təcavüzə məruz qalan toplumlar üçün ümid yerinə, terror meyillərindən və separatizmdən əziyyət çəkən dövlətlər üçün presedent ünvanı hesab olunmağa başlayıb.
“Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırması, beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartların darmadağın edilməsi Azərbaycanın birmənalı olaraq qlobal etimad qazanmasına səbəb olub. Təsadüfi deyil ki, məhz bu amillər nəzərə alınaraq hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar veriblər”, - deputat fikirlərini yekunlaşdırıb.

Bu xəbər oxucular tərəfindən 325 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |