Şrift:
Lənkəranda tanınmış idmançı Rövşən Fətullayevlə görüş keçirilib
14.10.2021 [09:28] - Gündəm, İdman
Lənkəran rayonunun Nərimanabad qəsəbə tam orta məktəbində Gənclər və İdman, Təhsil nazirliklərinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempionumuz” sosial idman layihəsi çərçivəsində ağır atletika üzrə Avropa çempionatının gümüş mükafatçısı, Azərbaycan çempionu, Tələbələrin Dünya çempionatının gümüş mükafatçısı, İslam Ölkələri Federasiyalarının IV çempionatının qalibi, IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, beynəlxalq turnirlərin qalibi və mükafatçısı, idman ustası Rövşən Fətullayevlə görüş keçirilib.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Lənkəran İdman Könüllüləri Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin direktoru Elmira Rzayeva, Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Sadiq Həmidov, Yusif Xamiyev, idman ustası Rövşən Fətullayev və onun məşqçi-müəllimi, SSRİ-nin idman ustası, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov çıxış ediblər.

Çıxışlar edənlər məktəblilər arasında sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsi, idmanda nailiyyətlərin qazanılması, məktəblərdə dərsə başlamazdan əvvəl vətənpərvərlik və sağlam həyat tərzinin təbliği barədə bir neçə dəqiqə maarifləndirici söhbətlər aparılmasını tövsiyə edərək Rövşən Fətullayevin Azərbaycan idmanının inkişafına verdiyi töhfələrdən danışıblar.

Çıxışlardan sonra Rövşən Fətullayevin idmanda qazandığı uğurları əks etdirən videoçarxın təqdimatı keçirilib.

Görüşün sonunda tanınmış idmançı Rövşən Fətullayev və onun məşqçi-müəllimi Məmməd Məmmədov şagirdləri və müəllimləri maraqlandıran sualları cavablandırıblar.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed