Şrift:
Finlandiya inkişaf etməkdə olan ölkələrə 3,6 milyon dozada koronavirus əleyhinə peyvənd bağışlamaq niyyətindədir
14.10.2021 [09:30] - Xəbərlər, Sağlıq
Finlandiya hökuməti inkişaf etməkdə olan ölkələrə təxminən 3,6 milyon dozada koronavirus əleyhinə peyvənd bağışlamaq niyyətindədir.

Dərmanların ötürülməsi COVAX vaksinlərinə bərabər çıxışın təmin edilməsinə yönəlmiş qlobal təşəbbüs çərçivəsində artıq bu payız fəsli ərzində həyata keçiriləcək.

Finlandiya Xarici İşlər Nazirliyinin İnsan hüquqları siyasəti şöbəsinin müşaviri Eyci Limnellin sözlərinə görə, gələcəkdə hökumət bu proqramda iştirakının genişləndirilməsi məsələsinə baxa bilər. O qeyd edib ki, dünyanın digər yerlərində vaksinasiyanın artımının təmin edilməsi son dərəcə əhəmiyyətlidir, çünki virus dünyanın digər ölkələrində yayılmağa davam etdiyi müddətdə pandemiyanın sürətlənməsi riski hələ də qalmaqdadır. "Koronavirus əleyhinə peyvəndlər indiyədək inkişaf etmiş və daha az inkişaf etmiş ölkələr arasında olduqca qeyri-bərabər paylanıb. Ən kasıb ölkələrdə, xüsusən Afrikada vəziyyət olduqca çətindir. Bir çox ölkələr peyvəndləri özləri ala bilmirlər", - deyə E.Limnell yerli müxbirlərə verdiyi müsahibəsində bildirib.

Qeyd edək ki, vaksinlərin digər ölkələrə ötürülməsi ilə bağlı razılaşmalara əlavə olaraq, Finlandiya bundan əvvəl daha az inkişaf etmiş ölkələrin vətəndaşlarının qlobal immunizasiyası ilə məşğul olan bir neçə QHT-yə dəstək olmaq üçün əlavə 10 milyon avro ayırmağı öz üzərinə götürmüşdü.
Bu xəbər oxucular tərəfindən 1216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed