Şrift:
Paytaxtın Sabunçu və Yasamal rayonlarında yanğın hadisələri baş verib
15.10.2021 [10:09] - Gündəm, Hadisə
Bakı şəhərinin Sabunçu və Yasamal rayonlarında yanğın hadisələri baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Paytaxtın Yasamal rayonunda isə ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli bir dam altında tikilən 2 ailənin yaşadığı evlərdən sahəsi 75 kvadratmetr olan evin dam örtüyünün yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Hər iki alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 1388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed