15.10.2021 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan şəhərlərində müəllimlərin, təhsil işçilərinin və təqaüdə çıxmış təhsil sistemi əməkdaşlarının etiraz aksiyaları genişlənib.
Oktyabrın 14-də Təbriz, Culfa və Əərdəbil şəhərlərində adı çəkilən şəhərlərin Təhsil İdarəsinin qarşısına toplaşan müəllimlər və təqaüddə olan təhsil işçiləri sıralama və maaşların uyğunlaşdırılması planının yerinə yetirilməməsinə öz etirazlarını bildiriblər.
Etirazçılar “müəllim ayrı-seçkilidən bezib” kimi şüarlarla hüquqlarının pozulmasına və məsələnin həll olunması ilə bağlı hökumət və Təhsil Nazirliyi tərəfindən verilən vədlərin yerinə yetirilməməsindən narazılıq ediblər.
Bununla yanaşı onlar müxtəlif bəhanələrlə, o cümlədən fərqli düşündüklərinə və siyasi baxışlarına görə həbs edilən müəllimlərin azad buraxılmalarını istəriblər.
“Məhbus müəllimlər azad edilməlidir” şüarları səsləndirən aksiyaçılar təhlükəsizlik orqanlarının fərqli düşünən müəllimlərə qarşı basqılarını pisləyiblər.
Qeyd edək ki, bundan öncə Zəngan şəhərində də oxşar istəklərlə bağlı etiraz aksiyası keçirilib.
İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurasının 23 sentyabrdakı çağırışından sonra İranın əksər şəhərləri iıə yanaşı Azərbaycan şəhərlərində də təhsil işçilərinin davamlı etiraz aksiyaları baş tutub.
Şuranın çağırışında əmək haqları və sıralama problemlərinin həll olunması ilə yanaşı əsas istək təhlükəsizlik orqanları tərəfindən həbs edilən müəllimlərin sərbəst buraxılmasıdır.

Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |