Şrift:
Zərdab taxılçıları payız qayğılarını yaşayırlar
20.10.2021 [11:10] - Gündəm, İqtisadiyyat
Zərdab rayonunda payızlıq taxıl əkininə başlanılıb və son günlər havaların əlverişsiz keçməsi çətinliklər yaratsa da, fermerlər və fiziki şəxslər səpinin optimal müddətdə başa çatdırılması üçün ciddi səy göstərirlər.

Rayon icra hakimiyyətindən bildirilib ki, hazırda hər gün sahələrə 100-dən çox şum traktoru və səpin aqreqatı çıxarılır. Qısa vaxtda 4 min hektaradək sahədə əkin aparılıb. Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Alıcanlı, Bıçaqçı, Gəlmə, Şıxbağı və digər icra nümayəndəliklərində səpinə daha mütəşəkkil hazırlıqla başlanılıb. Əkində daha çox yerli şərait üçün əlverişli olan “Qarabağ 22” buğda, “Azəri”, “Qobustan” arpa sortlarından istifadə edilir.

Zərdabda cari mövsümdə 18,5 min hektar sahədə taxıl əkiləcəyi proqnozlaşdırılır. Artıq 14 min hektardan çox sahədə şum çıxarılıb və bu iş sürətlə davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 847 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed