Şrift:
Təbrizdə milli fəalın məhkəmə iclası keçirilib
21.10.2021 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Oktyabrın 20-də Təbrizin İnqilab Məhkəməsinin 1-ci bölməsində milli fəal Nadir Sadiqiyanın məhkəmə iclası keçirilib.

O, “kiber məkanda İran İslam Respublikasına qarşı təbliğat”da ittiham olunur.

Bundan öncə Hadi Şəhabinin başçılığı ilə keçirilən dindirmə zamanı Nadir Sadiqiyan “kiber məkanda telekommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək”də günahlandırılıb.

Məhkəmənin elektron sistemində yayılan bildirişə görə, Sadiqiyan noyabrın 1-də yerli vaxtla saat 11:00-da Təbrizin İkinci Cəza Məhkəməsinin 111-ci bölməsində olmalıdır.

Nadir Sadiqiyan 26 iyulda Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxanaya göndərilib və 11 avqustda Təbriz zindanına köçürülüb.

O, 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed