26.10.2021 [10:32] - Xəbərlər, Siyasət
Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası oktyabrın 27-də saat 17:00-da Tbilisidə kütləvi aksiya təşkil edəcək.
Bu barədə partiyanın sədr İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, mitinq yerli özünüidarətetmə orqanlarına keçirilən seçkilərin ikinci turu ilə əlaqədar olacaq.
Partiya sədri deyib: “Seçki öncəsi mitinqdə “Gürcü Arzusu”nun on minlərlə tərəfdarı toplaşacaq və gürcü xalqının gücü nümayiş etdiriləcək. Gürcüstanın gələcəyinə, sülh, sabitlik və inkişafa dəyər verən hər kəsi aksiyada gözləyirik”.
Qeyd edək ki, Gürcüstanda oktyabrın 1-də keçirilən seçkilərdə paytaxt Tbilisi də daxil olmaqla 20 şəhər və 42 yerli majoritar dairədə namizədlər istənilən səs faizini toplaya bilməyiblər. Ona görə də bu dairələrdə səsvermənin ikinci turu təşkil olunacaq.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, səsvermənin ikinci turu oktyabrın 30-da keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |