Şrift:
İranda silah qaçaqmalçılığına görə 201 nəfər həbs edilib
02.11.2021 [08:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cari ilin əvvəlindən bu günə kimi həyata keçirilən əməliyyatlar nəticəsində silah qaçaqmalçılığı ilə məşğul olan 78 qruplaşma aşkar edilərək zərərsizləşdirili

Bu barədə İranın Təhlükəsizlik Nazirliyinin açıqlamasında deyilir.

Nəzərə çatdırılıb ki, əməliyyatlar zamanı 201 nəfər həbs edilib. Onlardan 2 min 170 ədəd avtomat, 473 ədəd tüfəng, 685 ədəd qanunsuz ov tüfəngi, 782 tapança, 230 ədəd digər silah növləri və onların güllələri götürülüb.

Açıqlamada nəzərə çatdırılıb ki, sərhədlərdən qanunsuz yollarla ölkəyə silah keçirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam edəcək.
Bu xəbər oxucular tərəfindən 702 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed