10.11.2021 [09:57] - Gündəm, Sosial
Gəncədə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Bayraq meydanında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, deputatlar, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, həmçinin şəhər sakinləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Vətən müharibəsi – Gəncə şəhidləri” və “Zəfər salnaməsi” kitablarının təqdimatı olub.
AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edərək bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində apardığı müdrik daxili və xarici siyasət nəticəsində İkinci Qarabağ – Vətən müharibəsində müzəffər Ordumuzun Qələbəsi dünyanın hərb tarixinə qızıl hərflərlə həkk olundu. Əfsuslar olsun ki, hər bir müharibədə olduğu kimi, bu müharibədə də şəhidlərimiz oldu.
“Vətən müharibəsi – Gəncə şəhidləri” kitabı Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə AMEA-nın Gəncə bölməsi tərəfindən nəşr edildiyini bildirən F.Əliyev deyib ki, kitab şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların tanıdılması məqsədilə hazırlanıb. Burada 107-si hərbi, 26-sı mülki olmaqla, ümumilikdə 133 Vətən müharibəsi şəhidinin tərcümyi-halı öz əksini tapıb.
Sonra “Vətən Müharibəsi – Gəncə şəhidləri” kitabı tədbirdə iştirak edən şəhid ailələrinə təqdim olunub.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək bildirib ki, “Zəfər salnaməsi” kitabı şanlı Qələbəmizin ildönümünə həsr olunmuş daha bir töhfədir. O qeyd edib ki, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz Liderinə, onun gücünə ehtiramını daha da möhkəmləndirdi. Bu xoşbəxtliyi və qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarıq.
Rəsmi hissədən sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan geniş konsert proqramı ilə çıxış edib.

Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |