Şrift:
Bu gün Azərbaycan Premyer Liqasının XI turuna start veriləcək
19.11.2021 [10:56] - Gündəm, İdman
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

Turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

İyirmi üç xalla lider olan “Qarabağ” 10 xalla altıncı sırada olan “Keşlə”ni qəbul edəcək. Ağdam təmsilçisində cəzalı Filip Ozobiç, zədəli oyunçular Xayme Romero, Qaspar Panadero və Bədavi Hüseynov iştirak etməyəcək. Paytaxt klubunda isə Şəhriyar Əliyev start heyətində yer almayacaq.

Komandalar indiyədək ölkə çempionatlarında 67 dəfə üz-üzə qarşılaşıblar. Bunların 31-də Ağdam komandası, 13-də isə Bakını təmsil edən klub qələbə qazanıb. İyirmi üç qarşılaşmada isə qalib müəyyənləşməyib.

Qonaqlar Premyer Liqada rəqibinə qarşı son 12 matçda qalib gələ bilməyib. Meydan sahibləri isə evdəki son iki görüşdən üç xalla ayrılıb.

“Azərsun Arena” stadionunda saat 19:00-da başlayacaq oyunu Kamal Umudlu idarə edəcək.

Qeyd edək ki, turun “Zirə” – “Səbail” və “Neftçi” – “Sabah” qarşılaşmaları noyabrın 20-də, "Qəbələ" - "Sumqayıt" matçı isə noyabrın 21-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed