Şrift:
Gürcüstan hökumətinin Bakıya səfəri zamanı qaz tarifləri müzakirə olunacaq
25.12.2012 [10:39] - Gündəm
Baş nazir Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti dekabrın 26-da Azərbaycana səfər edəcək. Nümayəndə heyətinin tərkibində energetika naziri Kaxa Kaladze də olacaq.
Nazirin sözlərinə görə, Azərbaycandakı görüşlərin aktual mövzularından biri məhz qaz tarifləri olacaq. O, bu məsələnin müsbət həll olunacağına ümid edir.
Yanacağın qiymətlərinə gəldikdə, Kaladze bildirib ki, "Gürcü arzusu"nun hakimiyyətə gəlməsindən sonra yanacağın qiyməti aşağı düşməyə başlayıb. "Qiymətlərin gələcəkdə də aşağı düşməkdə davam edəcəyi mümkündür", - o əlavə edib.
Bu arada İvanişvili özü bazar ertəsi keçirilən brifinqdə bəyan edib ki, qaz tariflərinin azalması "yalnız simvolik" ola bilər.
Bu xəbər oxucular tərəfindən 913 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed