Şrift:
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 67 nömrəli məktəbdə əyani tədris bərpa olunub
29.11.2021 [11:05] - Xəbərlər, Mədəniyyət
Paytaxtdakı 67 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed