Şrift:
Mingəçevir Dövlət Universiteti beynəlxalq konfransda təmsil olunub
07.12.2021 [10:32] - Gündəm, Mədəniyyət
Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Qazi Universiteti, Rusiyanın Cənubi Ural Dövlət Universiteti, Tatarıstanın Almetyevsk Dövlət Neft İnstitutu, Almaniyanın Brandenburq Texniki Universiteti və Çexiyanın Liberec Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfransda təmsil olunub.

MDU-dan bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən beynəlxalq konfransın açılışında çıxış edən tərəfdaş universitetlərin rəhbər və akademik heyət üzvləri AzTU-nun ev sahibliyi ilə keçirilən bu elmi tədbirin universitet-sənaye işbirliyinin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Plenar iclasdan sonra konfransın bölmə iclaslarında məruzələr dinlənilib və müzakirələr aparılıb. “Maşınşünaslıq, mexatronika və avtomatlaşdırma” bölməsinin iclasında iştirak edən MDU-nun Mexanika kafedrasının dosenti Vüqar Mustafayev “IV sinif Assur qrupunda vəziyyətlər məsələsinin analitik üsulla həlli” mövzusunda məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da elmi potensialın inkişaf etdirilməsi məqsədilə akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi tədbirlərdə iştirakına xüsusi önəm verilir.
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed