13.12.2021 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, hadisə dekabrın 10-u saat 11:00-da baş verib.
Şahidlərin dediyinə görə, Gövhər Eşqi oğlunun İmamzadada dəfn olunmuş qəbir üstünə gedərkən motosikletlə arxadan gələn ETTELAAT-ın mülki geyimli iki əməkdaşının hücumuna məruz qalıb.
Bildirilir ki, hücumçular arxadan blogerin anasına yaxınlaşaraq vəhşicəsinə onu döyərək qabağa itələyiblər. Hücum nəticəsində yol kənarı maneələrə çırpılan Gövhər Eşqi yerə sərilərək huşdan gedib.
Qeyd edilir ki, başından və üzündən xəsarətlər alan yaşlı ana xəstəxanaya çatdırılıb. Yayılan məlumata görə, Gövhər Eşqi başına bir neçə tikiş qoyulduqdan sonra evə buraxılıb və onun səhhətinin hazırda qənaətbəxş olduğu bildirilir.
Hadisə şahidlərinin dediyinə görə, Gövhər Eşqi son 9 ildə olduğu kimi hər gün eyni saatda oğlunun qəbir üstünə gedərkən arxadan təqib edilən motosikletçilərin hücumuna məruz qalıb.
Hücumçular yaşlı bir şəhid anasına qarşı törətdikləri cinayətdən sonra hadisə yerindən qaçıblar.
Xatırladaq ki, İranda ən kasıb bir ailədən olan və adi fəhlə işləyən bloger Səttar Beheşti 2012-ci il oktyabrın 30-da “sosial şəbəkələrdə, xüsusən Facebookda paylaşdığı tənqidi yazılarına görə ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət aparmaqda günahlandırılaraq həbs edilib.
İranın kiber cinayətkarlıqla mübarizə polisi tərəfindən həbs edilən gənc bloger naməlum məkanda tavandan asılı vəziyyətdə saxlaxnılaraq ağır fiziki işgəncələr altında qətlə yetirilib və cənazəsi anasına təhvil verilib.
Həmin vaxtdan bu yana Səttar Beheştinin adi bir evdar qadın olan anası Gövhər Eşqi yeganə oğlunun haqsız olaraq qətlə yetirilməsindən sonra rejimə qarşı dinc mübarizə aparmağa başlayıb.
O, təhlükəsizlik orqanların dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hər yerdə, o cümlədən də sosial şəbəkələrdə, mediada və xarici telekanallara verdiyi müsahiblərdə rejimin cinayətkar mahiyyətini ifşa edir, oğlunun qatillərinin müəyyənləşdirilməsi, eləcə də haqq və ədalətin yerinə yetirilməsini tələb edir.
Gövhər Eşqi həmçinin bundan əvvəl daha bir neçə qadınla birlikdə birgə bəyanat yayaraq, İran rəhbəri Əli Xamneyini istefaya çağırdığına görə dəfələrlə həbs edilib, təhdid və təzyiqə məruz qalıb.

Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |