Şrift:
İtaliyada COVID-19-a gündəlik yoluxma sayı 30 mini keçib
22.12.2021 [10:51] - Gündəm, Sağlıq
Ötən gün İtaliyada koronavirusa yoluxanların sayı 30 min 798 nəfər artaraq 5 milyon 436 min 143-ə çatıb.

Ölkədə COVID-19 infeksiyasına sutkalıq yoluxma sayı keçən ilin noyabrında 30 min civarında olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, virusun qurbanlarının sayı isə 153 nəfər artaraq 135 min 931-ə yüksəlib. Hazırda ölkədə 384 min 144 aktiv COVID-19 xəstəsi var, reanimasiya şöbəsində olanların sayı isə 1012 nəfərdir.

Son 24 saat ərzində 851 min 865 test icra edilib, virusdan sağalanların sayı 14 min 441 nəfər artaraq 4 milyon 916 min 68 olub.

Bu vaxtadək İtaliyada 106,5 milyon dozadan çox peyvənd tətbiq olunub, peyvəndlərini tamamlayanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 85,42 faizdir. Həmçinin 15,6 milyon əlavə doza tətbiq edilib.
Bu xəbər oxucular tərəfindən 911 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed