Şrift:
Amiran Qamkrelidze: Gürcüstanda “omikron” ştamına yoluxma halları artacaq
27.12.2021 [09:59] - Gündəm, Sağlıq
Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxma halları artacaq”.

Bu barədə jurnalistlərə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, bu günədək ölkədə 51 nəfərin koronavirusun “omikron” ştamına yoluxduğu təsdiqlənib. Onlardan 5-i azyaşlıdır. Uşaqların 1-i xəstəxanaya yerləşdirilib.

Mərkəz rəhbəri deyib ki, hələlik “omikron” ştamına yoluxma əhalinin 0,6-0,7 faizini təşkil edir. Mütəxəssislər bu göstəricinin daha da artacağını proqnozlaşdırırlar.

Bu gün daha onlarla insanın “omikron”a yoluxduğu ehtimalı var və hazırda araşdırmalar davam edir.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxma halları da artmaqda davam edir. Son sutka ərzində ölkədə daha 1661 nəfər koronavirusa yoluxub, 69 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla da ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 924 min 368-ə, ölənlərin sayı isə 13 min 512-yə çatıb.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed