Şrift:
Qərbi Balkan ölkələrində hələ də əhalinin 50 faizi peyvənd edilməyib
29.12.2021 [09:43] - Gündəm, Sağlıq
Qərbi Balkan ölkələrində COVID-19 infeksiyası əleyhinə vaksinasiya prosesi ilin əvvəlində başlasa da, əhalinin peyvənd olunma nisbəti hələ də çox aşağı səviyyədədir.

Regionda heç bir ölkə əhalinin 50 faizini peyvənd edə bilməyib.

Əhalinin peyvənd olunma nisbəti 20 faizdən bir qədər çox olan Bosniya və Herseqovina isə təkcə regionda deyil, bütövlükdə Avropada da ən pis göstərici qeydə alınan ölkədir.

Ekspertlərin fikrincə isə Qərbi Balkan ölkələrində koronavirus pandemiyasının beşinci dalğası gələn ilin ilk aylarında yayılmağa başlayacaq.

Qeyd edək ki, COVID-19-un “omikron” ştamının yayılması ilə əlaqədar Bosniya və Herseqovina ilə Monteneqroda Yeni il şənlikləri keçirilməyəcək.
Bu xəbər oxucular tərəfindən 814 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed