Şrift:
Avstriyada “omikron“ koronavirusun digər ştamlarını üstələyib
05.01.2022 [10:32] - Gündəm, Sağlıq
Avstriyada koronavirusa yoluxma hallarının statistikasında “omicron” ştamı digər variantları üstələyi

Avstriya Səhiyyə və Qida Təhlükəsizliyi Agentliyi bu barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, 2021-ci ilin sonuncu həftəsi gündəlik yoluxma hallarının əksəriyyətinin “omicron” ştamı ilə baş verdiyi və bu ştammın ölkədə dominant varianta çevrildiyi müəyyən edilib. Belə ki, ilin son həftəsində 2915 nəfər “delta” ştamına, 4360 nəfər isə “omicron” ştamına yoluxub. Bununla da 2022-ci ilin əvvəlindən etibarən Avstriyada koronavirusa yoluxmaların mütləq əksəriyyəti “omicron” ştamı ilə baş verir.

Epidemioloqlar “omicron” ştamının yayılma sürətindən narahatlıq ifadə ediblər. Bildirilib ki, Avstriyada “omicron” ştamına ilk yoluxma halı 47-ci təqvim həftəsində (22-28 noyabr) aşkarlanıb və həmin vaxt yoluxanların sayı 10 nəfər olub. 51-ci təqvim həftəsində (20-26 dekabr) bu göstərici 1905-ə, ilin sonuncu həftəsində isə 4360-a yüksəlib.

İndiyədək əldə olunmuş tibbi biliklər əsasında “omicron” ştamı ilə yoluxanların xəstəliyi ağır keçirmədikləri qeyd edilir və virusun endemik xəstəliyə çevrilməsini sürətləndirəcəyi ehtimal olunur.
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed