Şrift:
Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza müraciət edib
06.01.2022 [10:01] - Gündəm, Sosial
Azərbaycanın Qazaxıstandakı səfirliyi ölkədə baş verən hadisələrlə əlaqədar Qazaxıstanda yaşayan soydaşlarımıza müraciət edib.

Səfirlik vətəndaşlarımıza rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət görüb.

Səfirlik Qazaxıstandakı etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarına ziyan dəyməsi barədə hər hansı məlumat almadığını bildirib.

Qeyd edək ki, Qazaxıstan hakimiyyəti kütləvi iğtişaşlar fonunda bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.
Bu xəbər oxucular tərəfindən 557 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed