Şrift:
İtaliyada koronavirus qurbanlarının sayı 139 mini keçib
10.01.2022 [10:00] - Gündəm, Sağlıq
İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 155 min 659 nəfər artaraq ümumilikdə 7 milyon 436 min 939-a çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 157 nəfər artaraq 139 min 38-ə yüksəlib. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 1 milyon 943 min 979, reanimasiya şöbəsində olanların sayı isə 1595 nəfərdir.

Ötən gün 993 min 201 test icra edilib, virusdan sağalanların sayı isə 30 min 399 nəfər artaraq 5 milyon 353 min 922 olub.
Bu xəbər oxucular tərəfindən 712 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed