Şrift:
“Ərəb baharı” Kremldən “Türk marşı”altında I HİSSƏ
01.11.2011 [05:45] - Siyasət
Moskvada nəşr edilən məşhur “Literaturnaya Qazeta”da (21-27 sentyabr 2011) “Türk marşı” adı ilə yazı dərc edilmişdir. Yazıda siyasətşünaslardan Yevqeniy Stanovskiy və Aleksandr Şatilovun Rəcəb Tayib Ərdoğanın ərəb ölkələrinə son səfəri təhlil edilmiş, türk-ərəb münasibətlərinə qiymət verilmişdir.


Ərəb dünyasını da “Qurani - Kərim”-dən uzaqlaşdırıb, silaha alışdıran İsrailin 70-ilə yaxın izlədiyi məkrli, təşəxüsslü, qan üzərində qurulan sionist-yudaist siyasətidir.

Ankaradan baxanda

Həzrəti Məhəmməd (sav) peyğəmbər zamanından sonra yatan ərəblər allaha şükür ki, 1500 ildən sonra nəhayət ki, oyanıb qalxdılar. Təbii ki, onların oyanmağına hamıdan əvvəl biz-müsəlmanlar sevinməliyik. Müsəlman qardaşlarımız qalxıb öz müqəddəratlarını tarixdə ilk dəfə özləri həll edəcək. Əgər bacarsalar azadlığın dadına baxıb, beynəlxalq demokratik hüquq və normalara uyğun öz respublikalarını quracaq və ya bəlkə də konfederativ əsaslarla birləşəcək, güclü dövlət olmaq arzularını ifadə edəcəklər. O cümlədən Türkiyə Cümhuriyyəti də sevinən tərəf olmaqdan başqa həm də bu sifarişli-sifarişsiz inqilabların nəticələri onun dövlət maraqlarına uyğun gəlməyindən asılı olaraq, ikiqat maraqdadır. Bu təbiidir. Türkiyə Cümhuriyyəti həm müsəlman dövlətidir, həm də bu regionla iç-içə qonşudur. Bu regionda baş verən, münaqişələr, ictimai, siyasi, hərbi toqquşmalar, lokal müharibələr, bütün gərginliklər Türkiyənin həm daxili, həm də xarici siyasətinə canlı təsir edir. Bir daha mühüm amil də ondan ibarətdir ki, 30 ildən artıq terrorizmlə təkbaşına vuruşan Türkiyə üçün bu durum, terrorizmin intişarı və genişlənməsi üçün münbit şərait yaradır. Ankarada yaxşı anlayırlar ki, bu savaş və münaqişəli durumdan hərə öz xeyrinə istifadə edəcəkdir. Xüsusilə, Avropadakı Türk düşmənləri... Bu və ya digər səbəblərdən Türkiyə bu hadisələrin mərkəzində olmalıdır. Tarixin iti bucağından keçmişə baxanda 650 illik bir zaman doğmalığı şəraitində Dövləti-Ali (Osmanlı) tərkibində ərəb-türk birliyinin yaşamı, birgə mövcudluğu, həqiqi müsəlman qardaşlığı Türkiyəyə hər zaman haqq verir ki, Türkiyə Cümhuriyyəti ərəb qardaşlarının ağır günündə onların yanında olsun , onların dərdinə şərik olsun, onlara yardım etsin. Digər cəhətdən ulu öndərimiz Mustafa Kamal Atatürkdən gələn layiq siyasəti izləyən Türkiyənin unitar hüquqi, sosial-demokratik daxili və xarici siyasi xətti Türkiyəni təkcə ərəb ölkələrinə deyil, həm də yaxın qonşu ölkələrin hamısına eyni dərəcədə barış və dostluqla yanaşmağa məsul edir. Bununla yanaşı, Ərəb torpaqları-Fələstin, Qüds, Məkkə, Mədinə, Kərbəla, Bağdad və s. bütün İslam dünyası üçün kutsal, müqəddəs torpaqlardır. Bu torpaqlar və bu torpaqlar üzərində kutsal əmanətlər hər bir Məhəmməd hümməti üçün müqəddəsdir, Allahı, Məhəmmədi, Quranı qəbul edən hər bir müsəlman bu kutsal əmanət üçün cavabdehdir. Bu düşüncənin yeni osmançılıq ilə nə əlaqəsi? Yeni Osmançılıq modeli Avropanı çoxdan öfkələyir, indi buna Kreml də əlavə olunur. Əgər bu yanaşma Kremlin xarici siyasətinə çevrilsə, ciddi yanlışlıqlar baş verəcəkdir. Bütün hallarda Rusiya Federasiyasının xeyrinə olmayacaq. Bu dövlətin Türkiyə Cümhuriyyətinin izlədiyi barışsevər siyasətin daxili məzmunu belədir. Bu tələblər dolayısıyla Rəcəb Tayyib Ərdoğan bu ilin ilk baharından son baharına qədər coşqun inqilablarla qaynayan bir neçə ərəb ölkələrini bu yaxınlarda ziyarət etdi.

Moskvadan baxanda

Turqut Özal zamanından bəri Azərbaycan və Türk dünyası üçün qardaş və dost olkə olan Türkiyə sürətlə gəlişməkdədir. Bu gəlişmə və inkişaf bizi çox sevindirir. AK parti liderləri də Abdulla Gül və baş nazir Rəcəb Tayib Ərdoğan həmən ideoloji-siyasi mühitin yetişdirməsi, bu dövlətin yüksək siyasi görəvli şəxsləridir. Bu şəxslər olmasa bir başqası olsa yenə eyni siysi kurs izlənəcəkdir. İnkişafın tələbi budur.
Ancaq Kreml divarlarının otaqları və dəhlizlərindən baxan “qara gözlük” taxmış siyasətçilər arasında elələri var ki, açıq-aydın bəyaz rəngi qara görmək istəyirlər. 21-27 sentyabr 2011 (sayı-37) ci il tarixli “Literaturnaya Qazeta” (Ədəbiyyat Qəzeti) -in də Yaxın Şərq İnstiutunun başqanı professor Yevqeniy Stanovskiy (milli mənşəcə yəhudidir) Rəcəb Tayyib Ərdoğanın antiisrail söyləişilərini bəyənmədiyini qeyd edir. Başqa sözlə Ərdoğanın İsrailin ünvanına söylədikləri Stanovskinin fikrincə heç yaxşı deyilmiş. 63- ildir ki, İsrail Fələstini Yer kürəsinin cəhənnəminə döndərmişdir. Bu illər ərzində onminlərlə fələstinli müsəlman uşaq, ahıl, cahıl qanına qəltan edilir-bunlar hamısı, görünür, “yoldaş” Stanovskinin xoşuna gəlirmiş. Vaxtı ilə tüfəngdən qorxan ərəblər indi silahla elə rəftar edirlər ki, elə bil bunları ana doğmayıb, hərbi zavod doğub. Yəni, mahiyyətinə görə sionist siyasət əslində ərəb mənşəli terrorizmi dünyaya gətirmişdir. Y.Stanovskiy bunları görüb anlamır-bəlkə də ürəyində alqışlayır. Vaxtı ilə Almaniyada hökm sürən yəhudilər alman xalqına o qədər zülm verib , istismar etdilər ki, alman kişisinin cibində tramvaya vermək üçün 3 qəpik pul yox idi, siz Almaniyadakı yəhudi istismarının həddinə baxın, nəhayət, Adolf Hitler belə onlardan tarixi qisas almağa başladı - beləliklə Almaniyada sionizm faşizmi dünyaya doğdu. Sionizm olmasaydı Almaniyada faşizm də olmayacaqdı. Faşizm bir hərbi-siyasi dünyabaxışı kimi frormalaşmasaydı, heç şübhəsiz II Dünya savaşı da bu qədər qəddar dərəcəyə yüksəlməyəcəkdi. Qəddarlıq dərəcəsində sionizmin payı çox böyükdür. Sionizm olmasaydı faşızm ayaq açıb yürüyə bilməyəcəkdi. Müharibə daha sadə olacaqdı, can və mal-mülk itkisi də xeyli az olacaqdı.
Ərəb dünyasını da “Qurani - Kərim”-dən uzaqlaşdırıb, silaha alışdıran İsrailin 70-ilə yaxın izlədiyi məkrli, təşəxüsslü, qan üzərində qurulan sionist-yudaist siyasətidir.
Nəticədə Ərəb Yaxın Şərqi terrorizmin beşiyinə çevrilmişdir. Bu terrorizmin mayasında BİlVASİTƏ sionist siyasət dayanır. Necə oldu, 2001-ci ildə Nyu-Yorkda ekiz binalar partladılanda bütün islam dünyası lənətləndi amma, o binada işləyən minlərlə yəhudidən birinin burnu da qanamadı?! Məncə, düşünməyə dəyər. Stanovski bu sadə həqiqətləri anlamağa çətinlik çəkir. Halbuki SSRİ antisionist siyasi kursu izləyirdi. Stanovski də sovet təhsili almış, yəqin ki, kommunist partya biletini atanlardan biridir. İndi sionist mövqe tutmaqdan utanmaq əvəzinə yazır: “Türkiyə dövlətinin rəhbərləri beynəlxalq siyasətdə yeni osmançılıq imperiya siyasəti izləyirlər”. Bu imperiya siyasəti nədən ibarət imiş? Qəzza bölgəsinə göndərilən humanitar yüklərə və gəmiyə İsrail əsgərləri heç bir haqqı-hüququ olmadan beynəlxalq sularda üzərkən saldırır, HÜCUM TƏŞKİL EDİR, gəmidə gedən insanlara atəş açıb öldürür. Bu hərəkətin adı çağdaş anlamda dəniz quldurluğu və ya yəhudi vəhşiliyi deyil, ya nədir?! Stanovski kordur-bunu da görmür. Yazır:” Aydın həqiqətdir ki, bu gün Yaxın və Orta Şərqdə İslam siyasəti təzahür etmiş və qalıb gəlmişdir.” Amma, yəqin Stanovski istəyirmiş ki, büsbütün islam dünyasının ortasında xristian-sionist ittifaqının siyasəti qalıb gəlsin, çiçəkləsin. “Artıq yaxın zamanlarda siyasi sünni məzhəbi reqionda üstünlük qazanacaqdır.” Yəqin sünni məzhəbinin Məhəmməd peyğəmbər zamanından üstün olduğu Stanovskiyə məlum deyilmiş-Ərdoğan ərəb ölkələrinə səfər etdikdən sonra “böyük rus professora” hər bir müsəlman uşağının yaxşı bildiyi sadə şeylər məlum olmuşdur. Stanovski də sünni üstünlüyünü dərk etmişdir. Amma “yoldaş” Stanovski bu üstünlüyə bir “siyasi” marka da yapışdırmışdır. Yəqin Stanovski kimilərinə Sultan IV Muradın dünya yəhudilərini bir Fərmanla Osmanlı təəbəsi edərək, “yeres” fəlakətindən necə xilas etdiyini xatırlatmaq lazımdır. Stanovskinin düşüncəsinə görə Türkiyə İsraillə hesabı çözəndən sonra İranla başlayacaqdır. Əslində bu Türk-İran düşmənçiliyini təbliğ etməkdir. Bu da səbəbsiz deyil. Çar Nikolayın ögey oğlu, əslində tatar knyazı Nəzərbəyovun oğlu olan çar dəli Petro İran-Türk qarşıdurması yaratmağı, bu iki qardaş ölkəni savaşmağa itələməyi vəsiyyət etmişdi. Bu iki qardaş xalqı biri-birinə qarşı qaldırmaqdır. Bu o zamankı Osmanlı-Səfəvi əxlaqına-o qədər geri zəkalılığa çəkməkdir. Burada XIX əsr rus cəmiyyətində modda olan turkofobiyaya Stanovski yeni qan vurur. O yazır: “Yaxın qonşu ölkələrlə işini bitirəndən sonra növbə onlara-yəni Rusiya Federasiyasına gələcəkdir.” Bu fikri irəli sürərkən Stanovskinin “elmi” arqumentu budur; Dağıstan (!) nə zamansa İranın torpaqları olmuşdur. Burada Stanovski bir az cəm əyir. Azərbaycanı-indiki ermənistan qarışıq, Gürcüstanı vurğulamır( çünki buralar-qərbi Azərbaycan, Borçalı, Naxçıvan, Acarstan, Axıska -Qara dənizə qədər; hamısı birbaşa Türkiyəyə mənsub olan torpaqlardır, təkcə Dağıstanın adını çəkir, çünki bu gün orada islam hümməti xristian əsarətində yaşamaq istəmir. Bu sadə həqiqətə “professor” siyasi motiv verir). Qara dəniz sahili də Türkiyəyə məxsius olmuşdur. O yazır ki, Ankara və Tehranda bunları unutmuşlar, desək, sadəlövhlük etmiş olarıq. Stanovskinin heç ağlına da gəlmir ki, Rusiya Federasiyası bu gün slavyan-türk xalqlarından ibarət bir dövlətdir. Bu dövlət yalnız rusların dövləti deyil. Bu mənada Türkiyə Cümhuriyəti Rusiya ilə heç bir vaxt müharibə durumuna girməz. Əksinə Türkiyə Rusiya ilə hər bir zaman dost və qardaş münasibətində olmalıdır. Bu isə ən düzgün siyasətdir. Zatən bu torpaqlar bugünkü xalqları ilə birlikdə qədim Türk torpaqları və Türk xalqlarıdır. “Professoru” rahatsız edən hadisələrdən biri də budur ki, rusiya-türkiyə münasibətlərini araşdıranda o görür ki, Türkiyə Rusiyanı aldadır. Yəni, Rusiya Türkiyəyə xeyli iqtisadi sərmayə verir, dolayısıyla Rusiya Türkiyənin inkişafına yardım edir. Təkcə “Akköy” atom elektrik stansiyasının tikintisinə 20 mlrd. sərmayə yatızdırmaq lazım deyilmiş. 20 mlrd. maliyyə vəsaitini Rusiya nə zaman geriyə qazanacaq, məlum deyildir. “Professor”u başqa bir məsələ də ciddi düşündürür. Məs. 30-40 ildən sonra Rusiyanın və Türkiyənin demoqrafik vəziyyəti indidən görünür ki, Türkiyənin xeyrinə həll olacaq. Yəni Rusiyada əhali artımı sürətlə azaldığı halda, Türkiyədə əhali artımı ilə problem yoxdur. Bir sözlə bu yüzilliyin 40-cı illərində gənc nəsillər Belovejsk müqaviləsinə bir də qayıdacaqlar. Stanovskiy Rusiyanın xilas yolu kimi Belovejski müqavıləsinə işarə vurur.
Xatırladım ki, Belovejski müqaviləsi əsasında 1991-ci ildə SSRİ-nin dağılması Rusiya Federasiyası, Ukrayna, Belorusiya respublikaları tərəfindən rəsmən razılaşdırılıb imzalanmışdır. Halbuki Rusiya Federasiyasının gerçəkdən xoşbəxt gələcəyi yalnız Türkiyə Cümhuriyyəti və türksoylu ölkələrlə sivil siyasət zəminində qurulacaq birlikdən keçəcəkdir. Rusiyanın parlaq gələcəyi üçün alternativ yol yoxdur. Bütün digər siyasi layihələr, siyasi strategiyalar Rusiya üçün hər zaman, şübhəli və etibarsız olacaqdır. Yaxşı olardı ki, sionist Stanovski tarixi simasına ənənəvi olaraq, uyğun gələn araqarışdıranlıq etməsin, sevimli peşəsi ilə məşğul olsun; Xəzər Türk Dövlətini Yəhudi dövləti kimi təbliğ etməklə məşğul olsun...

Kremlin başqa pəncərəsindən baxanda

(davamı var)
Bu xəbər oxucular tərəfindən 1555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed