Şrift:
Evin zindanında saxlanılan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Vəraminin Qərçək həbsxanasına köçürülüb
21.01.2022 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Nərgiz Məhəmmədinin Parisdə siyasi mühacirətdə yaşayan həyat yoldaşı Raqı Rəhmani yanvarın 19-da “Twitter” hesabında etdiyi paylaşımında xəbər yayıb.

Taqı Rəhmani İranda insan hüquqları uğrunda mübarizə aparan təşkilatlara açıqlamasında bildirib ki, onun həyat yoldaşı yeni həbsxanaya köçürüldükdən sonra evləri ilə hər hansı bir telefon əlaqəsi saxlamayıb.

“Bu isə bizim ciddi nigaranlığımıza səbəb olub. Hazırda onun hansı şəraitdə saxlanılması bizə məlum deyil”, -deyə Taqı Rəhmani bildirib.

Qeyd edilir ki, Vəraminin Qərçək zindnı İranın ən bədnam zindanlarından biridir və bu həbsxanada yalnız narkotik maddələrin satışı və qaçaqmalçılığı ilə məşğul olan narkoman məhbus qadınlar saxlanılır.

Hüquq müdafiəçisinin isə narkoman qadınlarla eyni korpusda saxlanılması İrandakı hüquq müdafiəçiləri və onun ailə üzvləri üçün ciddi narahatlıq doğurub.

Xatırladaq ki, Nərgiz Məhəmmədi 2021-ci ilin noyabr ayında Tehranda həbs edilib.

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb, rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed