24.01.2022 [10:52] - Gündəm, Sosial
“Taliban” hərəkatının nümayəndələri Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra Avropada ilk danışıqlar üçün Norveçdə Qərb rəsmiləri ilə görüşürlər.
BBC-yə istinadla xəbər verir ki, üç gün davam edəcək danışıqlarda ölkədə insan haqları və humanitar böhran müzakirə olunacaq.
Avropa tənqidçiləri “Taliban”la görüşlərin hərəkat nümayəndələri üçün mükafat olduğunu iddia edirlər. Bu səbəbdən də bir sıra etiraz aksiyaları keçirilib.
Qeyd edək ki, bazar günü “Taliban” üzvləri hüquq müdafiəçiləri ilə görüşüblər, lakin bu müzakirələrin təfərrüatları açıqlanmayıb.
Hazırda Əfqanıstanda işsizlik və ərzaq qiymətlərinin yüksəlməsi müşahidə olunur, valyutasının dəyəri isə kəskin ucuzlaşır və banklar nağd pul çıxarmağa məhdudiyyət qoyurlar.
Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, əfqanların 95 faizinin qidası çatmır və aclıq əhalinin 55 faizinin həyatını təhdid edir.

Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |