Şrift:
FHN: Ötən sutka ərzində 26 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
27.01.2022 [11:35] - Gündəm, Sosial
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka 25 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə bir qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ötən sutka FHN-in qüvvələri bir nəfəri xilas ediblər. Yanğın zamanı 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, iki nəfər tüstüdən zəhərlənib. Həmçinin yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed