Şrift:
Bakıda Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar tədbir keçirilir
27.01.2022 [11:42] - Gündəm, Sosial
Yanvarın 27-də ADA Universitetində Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar “Bəşəriyyəti qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə” adlı tədbir keçirilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyi, İsrail Dövlətinin, Niderland Krallığının ölkəmizdəki səfirliklərinin, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən tədbirdə İsrailin və Niderlandın ölkəmizdəki səfirləri Corc Dik və Paulin Eizema, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Milli Məclisin deputatı Asim Mollazadə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, dövlət rəsmiləri, diplomatlar və digərləri iştirak edirlər.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed