Şrift:
Azərbaycan və Özbəkistanın qida mütəxəssisləri arasında müzakirələr aparılıb
02.02.2022 [10:27] - Xəbərlər, Sosial
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Özbəkistan Respublikasının Bitki Karantini və Mühafizəsi üzrə Agentliyi arasında videokonfrans formatında görüş keçirilib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə tərəflər arasında razılaşdırılmaqda olan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi müzakirə edilib.

İki qurum arasında əməkdaşlığın genişləndirilməsi, bitki mənşəli məhsulların qarşılıqlı tədarükü zamanı operativ məlumat mübadiləsinin təşkili, fitosanitar sertifikatlar barədə məlumatların elektron mübadiləsi sahəsində əməkdaşlığın mümkünlüyünə dair fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed