Şrift:
Litvada koronavirusa rekord sayda sutkalıq yoluxma qeydə alınıb
08.02.2022 [10:10] - Gündəm, Sağlıq
Litvada son sutka ərzində koronavirus infeksiyasına 7 min 538 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər bu xəstəlikdən həyatını itirib.

Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Statistika Departamenti məlumat yayıb.

Bildirilib ki, bu rəqəm ölkədə indiyədək qeydə alınan ən yüksək 2-ci gündəlik yoluxma göstəricisidir.

Qeyd olunub ki, xəstəxanalardakı COVID-19 xəstələrinin sayı 1577 nəfər təşkil edir, onlardan 102-i reanimasiya şöbəsinə yerləşdirilib.

Ümumilikdə Litvada COVID-19 pandemiyasının başlanmasından bu yana təxminən 756 min 200 nəfər koronavirusa yoluxub, 8 min nəfər isə bu xəstəlikdən həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed