Şrift:
Daha iki məktəb əyani tədrisə qayıtdı
08.02.2022 [10:16] - Gündəm, Sosial
Paytaxtdakı 100 və 102 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed